Bakı Fond Birjası istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirib

2019.10.15 16:34 (UTC+04:00)

Oktyabrın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104010746 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 91.7846 AZN (9.0000 faiz) və 94.3689 AZN (6.0000 faiz) olan 18 sifariş təqdim olunub.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.9720 (6.4500 faiz), orta ölçülmüş qiyməti 94.0594 (6.3505 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 milyon 854 min 800 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il oktyabrın 13-də ödəniləcək.