BVF: "Breksit" prosesi ağrılı keçəcək"

2019.10.15 14:07 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva İngiltərənin Avropa İttifaqından (Aİ) ayrılması prosesinin ağrılı keçəcəyinin çox aydın olduğunu bildirib. O, "Breksit"in təkcə İngiltərə və Aİ ölkələrinin iqtisadiyyatlarına deyil, bu ölkələrlə əməkdaşlıq edən aşağı gəlirli iqtisadiyyatlara da təsir edəcəyni bildirib.

"Breksit"in təsirlərinin azaldılması üçün əldə kifayət qədər seçim olmadığını qeyd edən Georgiyeva deyib: "Ya borclanmanın həcmini artıracaqsınız, ya da vergiləri artırmaq yolunu seçməli olacaqsınız".

BVF-in statistikasına əsasən, dünya ölkələrinin iqtisadiyyatının təxminən 90 faizində yavaşlama olacağının proqnozlaşdırıldığını bildirən Georgiyeva qlobal ticarət gərginliklərinin ticarətin artımını sıfır nöqtəsinə gətirdiyini, istehsalın və investisiyaların zərər gördüyünü bildirib. Onun sözlərinə görə, ən böyük zərər gömrük vergilərinin birbaşa zərərləri deyil, etibarlılığın yox olmasıdır.