Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan banklarda 17 min ekvivalentinədək kreditor tələbi olan fiziki şəxslərə müraciət edib. ADIF-dən bildirilib ki, ləğv prosesində olan "Atrabank" ASC, "Royalbank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Bank Standard" KB, "Yunayted Kredit Bank" ASC, "Texnikabank" ASC, "Dəmirbank" ASC və "Gəncəbank" ASC-də fiziki şəxslərin 17 min manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank" ASC vasitəsilə oktyabrın 16-dan başlanacaq. Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçiriləcək.
Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən "Kapitalbank" ASC-nin təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət edilməsi xahiş olunur.