İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri müəyyənləşib

2019.10.14 18:43 (UTC+04:00)

Nobel komitəsi iqtisadiyyat üzrə Nobel mükafatı qalibləri haqda məlumat yayıb. Məlumata görə bu il mükafat üç tədqiqatçıya veriləcək. Belə ki, iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bu il yoxsulluqla əlaqədar gördüyü işlərə görə Abhicit Banerci, Ester Duflo və Maykl Kremer müəyyənləşib.

Xatırladaq ki, Nobel mükafatları ənənəvi olaraq Alfred Nobelin vəfat etdiyi gün, dekabrın 10-da təqdim olunacaq.