Vergilər nazirinin müavini Bərdədə vətəndaşları qəbul edəcək

2019.10.14 16:35 (UTC+04:00)

Vergilər nazirinin müavini Mətin Eynullayev 21 oktyabr 2019-cu il tarixdə Bərdə şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Bərdə şəhəri, A.Məmmədov küçəsi) Bərdə, Yevlax, Şəki, Ağdam, Tərtər rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 14-17 oktyabr 2019-cu il tarixlərində 11 saylı Ərazi vergilər Baş İdarəsinə, habelə Bərdə, Şəki və Tərtər rayon, habelə Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.