Rusiya "Tax free" sisteminin tətbiqini genişləndirir

2019.10.14 13:20 (UTC+04:00)

Rusiyanın Sənaye-Ticarət Nazirliyi 2021-ci ildən bütün ölkə ərazisində "Tax free" sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. Məlumata görə, sənəd qonşu ölkənin normativ-hüquqi aktların layihələri ilə bağlı federal portalında dərc edilib. Nazirlik "Tax free" çərçivəsində əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması üçün minimal alış-verişin dəyəri ilə bağlı tələbin 10 min rubldan 8 min rubla qədər azaldılmasını, aksizli malların, xüsusilə spirtli içkilər və tütün məhsullarının ixracı zamanı verginin geri qaytarılmasına icazə verilməsini təklif edib.

Müvafiq qanun layihəsi qəbul edilsə, 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.