Sahibkarlığın inkişafı və motivasiya metodları

2019.10.12 16:50 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlar və menecerlər üçün "Motivasiya-həvəsləndirmə və mükafatlandırma" mövzusunda təlim keçirilib. KOBİA-dan bildirilib ki, təlimdə motivasiya, onun növləri, motivasiya üsul və metodları barədə məlumat verilib, motivasiyanın şirkətin idarə olunmasında və səmərəliliyin artırılmasında əhəmiyyəti vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sahibkar və menecerlərin marağı və müraciəti nəzərə alınaraq belə mövzularda təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.