Azərbaycanda xidmət sektorunun davamlı artım tempi proqnozlaşdırılır

2019.10.12 14:10 (UTC+04:00)

Dünya Bankı Azərbaycanda 2019-2021-ci illər üzrə xidmət sahəsinin artım tempinə dair proqnozlarını açıqlayıb. "APA-Economics"in Dünya Bankının dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkədə xidmət sektorunun 6,4 faiz artacağı gözlənilir. 2020-ci ildə bu göstəricinin 2,6 faiz, 2021-ci ildə isə 2,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Göründüyü kimi, 3 il ərzində Azərbaycanın xidmət sahəsinin orta hesabla hər il 3,9 faiz artacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda xidmət sahəsi əvvəlki ilə nisbətən 3 faiz artıb.