Avropa İttifaqı Lənkəranda aqrar-sənaye komplekslərinin inkişafına 13 milyon avro ayıracaq

2019.10.11 11:26 (UTC+04:00)

Avropa İttifaqı Lənkəran rayonunda aqrar-sənaye komplekslərinin inkişafına maliyyə dəstəyi verməyə hazırlaşır. Bu barədə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos Bakıda keçirilən "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrdə məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə 13 milyon avro ayrılacaq.