2019-2021-ci illərdə Azərbaycanın aqrar sektorunun artacağı proqnozlaşdırılır

2019.10.11 11:08 (UTC+04:00)

Dünya Bankı Azərbaycanda aqrar sektorun artım tempi üzrə üçillik proqnozunu açıqlayıb. "APA-Economics"in Dünya Bankının dərc etdiyi hesabatına istinadən verdiyi məlumata görə, bankın proqnozlarına əsasən, 2019-2021-ci illər ərzində kənd təsərrüfatı sektorunda məhsul istehsalı tədricən artacaq. Belə ki, 2019-cu ildə aqrar sektorda məhsul istehsalı 4,2 faiz artacaq. 2020-ci ildə bu göstəricinin 4,4 faiz, 2021-ci ildə isə 4,5 faiz təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Azərbaycanın aqrar sektoru 4,2 faiz, 2018-ci ildə isə 4,6 faiz artıb.