Azərbaycan Dünya Turizm Təşkilatının 8-ci sammitində təmsil olunur

2019.10.11 10:47 (UTC+04:00)

Qazaxıstan paytaxtında Dünya Turizm Təşkilatının 8-ci sammiti öz işinə başlayıb. "Ağıllı şəhərlər, ağıllı istiqamətlər" devizi altında keçirilən sammitdə 80 ölkədən 1400 nümayəndə iştirak edir. Tədbirdə "ağıllı şəhərlər"in inkişafının bu gün dünyanın bir çox nöqtələrində mövcud olan mürəkkəb şəhər problemlərinin həllinə necə kömək edə biləcəyinə diqqət yetirilib.

Sammitdə dayanıqlığın, şəhər idarəçiliyinin, innovasiya və texnologiyaların ən vacib problemləri müzakirə edilib, eyni zamanda turizmin inklüziv və dayanıqlı şəhərlərin inkişafına kömək yolu kimi "ağıllı şəhər"in gündəliyinə daxil edilməsinin vacibliyi vurğulanıb. Tədbir çərçivəsində Qazaxıstanın turizmini əks etdirən stendlər nümayiş olunur. Sammit oktyabrın 12-nə kimi davam edəcək.