"Absolute Strategy Research": "Dünyanın aparıcı investorlarının çoxunu iqtisadi tənəzzül gözləyir"

2019.10.10 18:41 (UTC+04:00)

Dünyanın aparıcı investorları 2020-ci ildə qlobal iqtisadi artımla bağlı vəziyyətdən narahatdır. Bu qənaətə "Absolute Strategy Research" araşdırma şirkəti gəlib. Şirkət ümumi aktivləri 4,1 trilyon ABŞ dolları olan 200 investor arasında sorğu keçirib. Sorğu iştirakçılarının 52 faizi gələn il dünya iqtisadiyyatında tənəzzül gözlədiklərini açıqlayıb. Bununla belə, investorların çoxu mərkəzi bankların həyata keçirdiyi pul siyasətinə ümidvar olduğunu bildirib.