Dünya Bankı Azərbaycanda sənaye istehsalı üzrə proqnozlarını açıqlayıb

2019.10.10 17:10 (UTC+04:00)

Dünya Bankının dərc etdiyi yeni hesabata əsasən, bu il ərzində Azərbaycanın sənaye istehsalı 0,6 faiz artacaq. "APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, bu il sənaye istehsalının artım tempi minimal olaraq proqnozlaşdırılsa da, növbəti iki ildə bu göstəricinin, müvafiq olaraq, 1,8 faiz və 1,5 faiz artacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda sənaye istehsalı 1,5 faiz artıb.