"İqtisadi zona" proqramının 6 oktyabr 2019-cu il tarixli buraxılışı Video

2019.10.10 16:36 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında şəxsiyyət vəsiqəsinin təqdim olunması üçün vətəndaşlar qarşısında qoyulan tələblər, valyutadəyişmə məntəqələri ilə bağlı son durum, Azərbaycanda bankların üzləşdiyi vəziyyət, kustar yolla hazırlanmış alkoqollu içkilər və saxta aksiz markalarının aşkarlanması haqda süjetlər nümayiş etdirilib.

Proqramın budəfəki qonağı Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Aytən Məmmədova ölkəmizdə bank sektoru sahəsində atılan addımlarla bağlı suallara aydınlıq gətirib.