Azərbaycanla Türkiyə arasında tərcihli ticarət haqqında saziş layihəsi hazırlanır

2019.10.10 12:52 (UTC+04:00)

Azərbaycanla Türkiyə arasında preferensial (tərcihli) ticarət haqqında saziş layihəsi hazırlanır. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, hazırda bu proses uğurla davam edir və gözlənildiyi kimi, o, məntiqi nəticəsini tapacaq: "Qeyd olunan məsələyə dair Türkiyə ilə Azərbaycan arasında Naxçıvanla bağlı razılaşma əldə edilib və bu çərçivədə Naxçıvan məhsulları Türkiyəyə idxal olunacaq. Nəzərə almaq lazımdır ki, Naxçıvan blokadada olan bölgədir və bu baxımdan sözügedən sazişdə bir sıra özəlliklər var. Təbii ki, Azərbaycan tərəfinin maraqları nəzərə alınmaqla, həmin saziş layihəsi hazırlanmaq üzrədir".