Bakıda "Turizm biznesi sektoru: mövcud vəziyyət və perspektivlər" mövzusunda forum keçirilir

2019.10.10 12:03 (UTC+04:00)

Oktyabrın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə "Turizm biznesi sektoru: mövcud vəziyyət və perspektivlər" mövzusunda forum işə başlayıb. KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun məqsədinin turizm sahəsində çalışan sahibkarları, iş adamlarını bir araya toplamaqla mövcud problemləri və təklifləri dinləmək olduğunu deyib.