Cari ildə Azərbaycanla Türkiyənin ticarət əməliyyatlarının həcmi 30 faiz artıb

2019.10.10 11:13 (UTC+04:00)

Oktyabrın 10-da Bakı şəhərində "Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı" beynəlxalq konfransı öz işinə başlayıb. Beynəlxalq konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir. O bildirib ki, cari ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi keçən ilə nisbətən 30 faiz artaraq 2,7 milyard ABŞ dolları olub.