Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnozları açıqlanıb

2019.10.09 17:39 (UTC+04:00)

Dünya Bankı 2019-2021-ci illər üzrə Azərbaycanda tədiyyə balansının cari əməliyyatlar hesabına dair yenilənmiş proqnozunu açıqlayıb. "APA-Economics"in bankın dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 8,5 faizi qədər profisitin olacağını proqnozlaşdırır. Bank 2020-ci ildə bu göstəricinin ÜDM-in 6,2 faizi qədər, 2021-ci ildə isə 5 faizi qədər olacağını proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ildə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 10 faizi səviyyəsində olacağını proqnozlaşdırır.