Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının 170 milyon manatlıq notları yerləşdirilib

2019.10.09 16:34 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102776S dövlət qeydiyyat nömrəli, 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiymət 99,5158 AZN (6,26 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 647.712.200 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26 faiz), orta ölçülmüş qiyməti isə 99,5158 AZN (6,26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 7 noyabr 2019-cu ildir.