Dünya Bankı: Azərbaycanda bu il inflyasiya 2,8 faiz təşkil edəcək

2019.10.09 16:52 (UTC+04:00)

Bu il Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,8 faiz artacaq. "APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının dərc etdiyi yeni hesabatda deyilir. Bankın proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 3,2 faiz, 2021-ci ildə isə 3,3 faiz təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7 faizə, 2020-ci ildə 4,6 faizə, 2021-ci ildə 4,5 faizə, 2022-ci ildə 4,1 faizə, 2023-cü ildə isə 3,9 faizə bərabər olacaq.