Dünya Bankı Azərbaycanda ÜDM-in artım tempi üzrə proqnozlarını yeniləyib

2019.10.09 14:47 (UTC+04:00)

Dünya Bankı Azərbaycan üzrə ÜDM-in artım tempinə görə proqnozlarını azaldıb. "APA-Economics"in bankın dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, 2019-cu il üçün Dünya Bankı Azərbaycanda ÜDM-in 2,8 faiz artacağını proqnozlaşdırır. Halbuki bank cari ilin aprel ayında ölkə iqtisadiyyatının 3,3 faiz artacağını proqnozlaşdırırdı. Bankın proqnozlarına görə, 2020-ci ildə bu göstərici 2,3 faiz (aprel proqnozu – 3,5 faiz), 2021-ci ildə isə 2,1 faiz (aprel proqnozu – 3,7 faiz) təşkil edəcək.