Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11 faiz artıb

2019.10.09 11:36 (UTC+04:00)

Cari ilin 8 ayında Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11 faiz artıb. Bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasında Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 55,4 faiz artaraq təxminən 221 milyon ABŞ dollarına yaxın olub: "2018-ci ildə ixrac 36,1 faiz, idxal isə 61,5 faiz artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmidə 11 faiz artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcək".