Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 25 faiz artıb

2019.10.09 10:52 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3.250.116,14 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25 faiz faiz çoxdur. "APA-Economics"in DGK-ya istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayları ilə müqayisədə 20,7 faiz artaraq 798.521,47 min manat olub.

Həmçinin, yanvar-sentyabrda ƏDV üzrə daxilolmalar 24,6 faiz artaraq 2.217 206,45 min manat, aksizlər üzrə 53 faiz artaraq 201.491,38 min manat, yol vergisi üzrə daxilolmalar isə 20 faiz artaraq 32.896,84 min manat təşkil edib.