Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edildi

2019.10.08 16:35 (UTC+04:00)

Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2019-cu il.