Oktyabrın 8-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlim keçirilib.
Mərkəzin meneceri Nicat Hacızadə qurumun son illər sistemli islahatların nəticəsi kimi qeyri-neft sektorunun inkişafına təsir edəcək alətlərdən istifadə etməklə öz təlim və maarifləndirici işlərini davam etdirdiyini deyib. Biznes təlimçisi Fəxri Ağayev bildirib ki, idarəçilik özəl sektorun əsas ehtiyac duyduğu məsələlərdən biridir. Təlimdə sahibkarlıq subyektləri ilə bərabər bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və gənc könüllülər iştirak ediblər.