Fələstin ilə İsrail arasında vergi böhranı həll edilib

2019.10.08 11:47 (UTC+04:00)

İsrail mediasının yüksək vəzifəli dövlət rəsmisinə istinadən yaydığı xəbərə görə, İsrailin maliyyə naziri Moşe Kahlon Fələstin rəhbərliyinin mülki işlər naziri Hüseyn əş-Şeyx də daxil olmaqla yüksək vəzifəli rəsmiləri ilə görüşüb. Görüşdən sonra Fələstinin dövlət başçısı Mahmud Abbasın fevral ayından bəri bir hissəsi ixtisara salınmış vergiləri qəbul etmək barədə qərar verdiyi açıqlanıb. Xəbərdə bildirilib ki, iki tərəfin rəsmiləri Fələstindən olan məhbuslara və şəhid ailələrinə fondların xətti ilə yardım edilməsi ilə bağlı bu mərhələdə hər hansı razılaşma əldə etməyiblər.

İsrailin təhlükəsizlik orqanı fevralın 17-də Fələstin hökuməti üçün toplanmış vergilərdən Fələstin rəhbərliyinin həbsdə olanlara və şəhid ailələrinə ayırdığı aylıq 11,3 milyon dollar məbləğində ödənişi kəsməyi qərara almışdı. Bu qərardan dərhal sonra Fələstin hökuməti vergilərdən yığılan vəsaiti ixtisarolunmuş halda qəbul etməyəcəyini bildirmiş və vergi vəsaitlərini almaqdan imtina etmişdi.