Könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur

2019.10.07 17:47 (UTC+04:00)

"Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları"nın 3.2-ci bəndinə uyğun olaraq vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur.

Vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhəri və respublikamızın regionlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi faəliyyət göstərmək üçün 16.10.2019-cu il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaqdır.