Rusiyada MDB vətəndaşlarına özüməşğul şəxslər kimi qeydiyyata alınmağa icazə verilə bilər

2019.10.07 16:47 (UTC+04:00)

Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqına daxil olmayan MDB ölkələri vətəndaşlarına özüməşğul şəxslərə aid xüsusi vergi rejimindən istifadə etmək üçün icazə verməyi planlaşdırır. Rusiyanın dövlət büdcəsi layihəsi ilə birlikdə Dumaya təqdim olunmuş "2020-ci il, eləcə də planlaşdırılmış 2021 və 2020-ci illər üzrə büdcə, vergi və gömrük-tarif siyasətinin əsas istiqamətləri" adlı sənəddə bu məsələ də öz əksini tapıb. Sənəddə göstərilib ki, "Vergi tədbirləri hissəsində Rusiya Federasiyasının bir sıra subyektlərinin xüsusi "peşə gəlirləri üçün vergi" (PGV) rejiminin tətbiqini əhatə edən eksperimentə qoşulmasına, eləcə də PGV-nin Avrasiya İqtisadi İttifaqına üzv olmayan MDB ölkələrinin vətəndaşları olan fiziki şəxslərə tətbiq olunmasına hüquq verən vergi tədbirləri nəzərdə tutulub".

Qeyd edək ki, PGV bu il yanvar ayının 1-dən Rusiyanın dörd pilot regionunda – Moskva şəhərində, Moskva və Kaluqa vilayətlərində, eləcə də Tatarıstanda tətbiq olunur.