İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə "Şərikli biznes" mövzusunda təlim təşkil edib. "Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması" layihəsi çərçivəsində keçirilən tədbirdə KOBİA-nın tədris və konsaltinq şöbəsinin müdiri Elməddin Hacıyev çıxış edib. O, KOBİA-nın xüsusən də gənclər arasında sahibkarlıq fəaliyyətini və qadın sahibkarlığının inkişafını təşviq etməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
Təlimdə "Şəxsi biznesin qurulmasına maraq", "Uğurlu ortaqlığın təminatı, ortaqlar arasında anlaşma sənədinin hazırlanması", "Birgə biznesin formaları, bacarığa görə ortaqlıq modelləri", "Biznesdə birgə fəaliyyət və onu uğursuzluğa aparan səbəblər" və digər mövzularda iştirakçılara geniş məlumat verilib.