Avropa İttifaqı (Aİ) Şurası quruma üzv olan 28 ölkənin iştirakı ilə oktyabrın 10-da Lükseburqda keçiriləcək İqtisadi və Maliyyə İşləri Şurasının (ECOFIN) yığıncağı haqqında açıqlama verib. Açıqlamada qeyd edilib ki, vergi mövzusunda əməkdaşlıq etməyən ölkələrin yer aldığı siyahıya yenidən baxılacaq, Birləşmiş Ərəb Əmirlikləri və Marşal adaları "qara siyahı"dan çıxarılacaq.
Bundan əlavə, vergi tənzimləmələrini Aİ qanunlarına uyğun vəziyyətə gətirmək öhdəliyi götürmüş ölkələrin mövcud "boz siyahı"sında da düzəliş ediləcək. İsveçrə, Kosta Rika və Mauritius adaları bu siyahıdan çıxarılacaq.