Sahibkarlara kreditlər yeni qaydada veriləcək

2019.10.07 10:06 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun kredit zəmanət mexanizmi çərçivəsində sahibkarlıq kreditləri üzrə təminata tələb aradan qaldırılıb. Fonddan bildirilib ki, aparılan təhlillərin nəticəsi olaraq zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib. Mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilən dəyişikliklər nəticəsində artıq kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilən, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.