"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub

2019.10.04 17:30 (UTC+04:00)

Ekskursiya Qız Qalasından başlayıb. Burada iştirakçılara Qız Qalasının tarixi, abidənin memarlıq xüsusiyyətləri, onun qorunması üçün görülən işlər, müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə aparılmış bərpa işləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Qız Qalası "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu dünya əhəmiyyətli abidələr sırasına daxildir. 2000-ci ildə İçərişəhər Bakı qalası və Qız qalasıyla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb. Elə həmin il Bakıda baş verən zəlzələdən sonra qala 2004-2009-cu illərdə Təhlükədə olan Ümumdünya İrsi abidələri siyahısına salınıb. Daha sonra abidənin bərpası və qorunmasıyla bağlı əlavə tədbirlər keçirilib və UNESCO-nun 1 fevral 2010-cu il tarixində keçirilən sessiyasında Qız Qalası təhlükədə olan abidələr siyahısından çıxarılıb.

Qeyd edilib ki, Qız Qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən İçərişəhərdə "Qız qalası" Beynəlxalq İncəsənət Festivalı keçirilir. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu unikal işlər dünyanın fərqli şəhərlərində nümayiş etdirilərək, Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır.

Daha sonra iştirakçılara Şirvanşahlar Sarayı haqqında məlumat verilib. Bildirilib ki, оrtа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı - "Şirvаnşаhlаr Sаrаy Ansаmblı" bu günə qədər öz tarixi memarlıq üslubunu sахlаmаqdаdır. Ekskursiya iştirakçıları abidəyə aid olan Saray Binası, Divanxana, Dərviş Türbəsi, Kеyqubаd məscidi, Şərq dаrvаzаsı pоrtаlı, Şirvаnşаhlаr türbəsi, Sаrаy məscidi, Sаrаy hаmаmı, Оvdаn abidələri barədə məlumatlandırılıblar. Bildirilib ki, "Şirvаnşаhlаr Sаrаyı Ansаmblı" orta əsr Аzərbаycаn mеmаrlığının mоnumеntаl dеkоrаtiv sənətinin möhtəşəm nümunəsidir.

Ekskursiya Qoşa Qala qapısının yaxınlığında yerləşən qala divarının önündə davam edib. Ekskursiya iştirakçıları burada yaşamış əhalinin bir zamanlar məşğul olduqları daşoyma, xalçaçılıq, papaqçılıq, zərgərlik, toxuculuq, dulusçuluq, xəttatlıq kimi el sənətləri ilə də yaxından tanış olmaq imkanı əldə ediblər. Ekskursiya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazinin gəzintisi ilə davam edib.

Fəxriyyə İKRAMQIZI