Azərbaycanla Gürcüstanın biznes strukturları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

2019.10.04 15:47 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstanın biznes strukturları arasında əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, sərmayə qoyuluşu və digər məsələlər müzakirə edilib.

İ.Lekvinadze deyib ki, Gürcüstan dost və qardaş Azərbaycan ilə əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsində maraqlıdır. O, Azərbaycan iş adamlarının Gürcüstandakı fəaliyyətindən razılığını ifadə edib. Gürcüstan iqtisadiyyatına sərmayə yatıran xarici ölkələr sırasında Azərbaycanın ən öndə dayanan dövlətlərdən biri olduğunu vurğulayıb.

Səfir D.Həsənov ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olduğunu vurğulayaraq bildirib ki, bu gün ikitərəfli əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Diplomat münasibətlərin belə yüksək səviyyəyə çatmasında dövlət və hökumət başçılarının rolunu xüsusi qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev Gürcüstan ilə əlaqələrə xüsusi diqqət yetirir. Azərbaycan tərəfi iki ölkənin regionları arasında da əlalərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, biznes forum və digər tədbirlərin keçirilməsində maraqlıdır.

Sonra T.Əliyev "Caspian European Club"un fəaliyyət istiqamətləri, dünyada və Gürcüstanda keçirdiyi tədbirlər, eləcə də gələcək planları barədə məlumat verib.