İctimai işlərlə təmin olunan işçilərin siyahısı açıqlandı

2019.10.04 15:15 (UTC+04:00)

"İşsizin dostu" proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work) yerləşdirilib. Nazirlikdən bildiriblər ki, bu addım proqramın icrası zamanı ictimai açıqlıq prinsipinin təmin olunması üçün atılıb.

Qeyd edək ki, "İşsizin dostu" proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s. daxildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi" tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.