Vergi qanunvericiliyinə dəyişikliklər öyrənilir

2019.01.12 09:45 (UTC+04:00)

Yanvarın 9-da 6 saylı Ərazi vergilər İdarəsində yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri ilə keçirilmiş görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı müzakirə aparılıb. Sahibkarlara Vergilər Nazirliyinin rəsmi internet səhifəsində vergi ödəyicilərinə təklif olunan elektron xidmətlərdən istifadə qaydaları, aylıq, rüblük və illik vergi bəyannamələrinin, hesabat formalarının və onların əlavələrinin tərtib edilməsi, göndərilməsi qaydaları barədə ətraflı məlumat verilib.