Kibertəhlükəsizliyə dair təlim təşkil olunacaq

2019.10.03 12:33 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "İKT LAB" Tətbiq və Tədris Mərkəzinin və "IS3S" (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə rəhbər şəxslər üçün "Kibertəhlükəsizlik: kritik risklər" adlı təlim keçiriləcək.

Nazirlikdən bildirilib ki, oktyabrın 18-də təşkil olunacaq təlimin məqsədi rəhbər şəxslərin müasir kibertəhlükəsizlik sahəsində mövcud olan risklər və bu risklərin qarşısının necə alınması üzrə biliklərinin, əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılmasıdır. "Kibertəhlükəsizliyin əsasları", "İnformasiya təhlükəsizliyi standartları", "İnformasiya təhlükəsizliyi: texnologiya və həllər", "Kibertəhlükəsizlik trendləri" maarifləndirici tədbirin əsas mövzularını təşkil edəcək.

İstənilən qurum və şirkətin rəhbər şəxsləri təlimdə ödənişsiz iştirak edə bilərlər. Bu link vasitəsilə iştirak üçün qeydiyyatdan keçmək mümkündür: http://bit.ly/2ns9w4O