Bakıda "Strateji məhsul" mövzusunda beynəlxalq seminar keçirilir

2019.10.03 11:58 (UTC+04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə paytaxtımızda "Strateji məhsul" mövzusunda beynəlxalq seminar keçirilir. Seminarın məqsədi Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən gələn nümayəndələrlə birlikdə strateji ixrac məhsullarının istehsalı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə etməkdir.

Seminar zamanı İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının ekspertləri təqdimatlarla çıxış edəcək, bu sahə ilə məşğul olacaq iştirakçılara tövsiyələrini verəcəklər.