Güzəştli kreditlərin reallaşdırılması yeni iş yerlərinin açılmasına səbəb olacaq

2019.10.02 18:41 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Saatlıda keçirilən işgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 milyon manatadək güzəştli kredit verilib. Nazirlikdən verilən məlumata görə, kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Hesablamalara görə, həmin kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə isə, bu kreditlər də daxil olmaqla, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14.200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.