Dövlət Neft Fondu valyuta satışını azaldıb

2019.10.02 18:13 (UTC+04:00)

2019-cu ilin sentyabr ayı ərzində Dövlət Neft Fondunun hərraclar vasitəsilə satdığı valyutanın məbləği açıqlanıb. Fonddan verilən məlumata görə, ötən ay 618,95 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, avqust ayı ilə müqayisədə 196,45 milyon dollar azdır. Qeyd edək ki, avqust ayı ərzində Fond 815,4 milyon ABŞ dolları məbləğində valyuta satıb.

Beləliklə, 2019-cu ilin doqquz ayında Dövlət Neft Fondunun hərraclarda satdığı valyutanın ümumi məbləği 4 milyard 512,85 milyon dollar təşkil edib.