Vətəndaşların bank əmanətlərində əhəmiyyətli artım qeydə alınıb

2019.10.02 15:16 (UTC+04:00)

Son 10 il ərzində Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft sektorunun payı 2,8 dəfə, ÜDM-in ümumi həcmi isə 3 dəfədən çox artıb. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov mətbuat konfransında açıqlamasında bildirib ki, həmin dövrdə müxtəlif istehsal sahələrində müsbət tendensiyalar müşahidə olunub: "Sənaye istehsalatı sahəsində ÜDM 2,6 dəfə, neft-qaz sahəsində 2,4 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfədən çox, tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərin həcmi 4,6 dəfə artıb. Yük daşımalarında 2,1 dəfə, sərnişin daşımalarında 2,2 dəfə artım müşahidə olunub. Rabitə və informasiya sahəsində xidmətlərin həcmi isə 12,3 dəfə artıb".

Komitə sədri əlavə edib ki, 10 il ərzində dövlət büdcəsinin gəlirləri və xərcləri 8,14 dəfə, əhalinin nominal gəlirləri 9,4 dəfə, vətəndaşların bank əmanətləri 9,2 dəfə, iqtisadiyyatın kreditləşməsi 19,4 dəfə artıb. Bundan başqa, bu döbrdə vətəndaşların orta aylıq əməkhaqqında 7 dəfə, pensiyalarda 6,3 dəfə artım olub.