Azərbaycan xarici dövlət borcunun ÜDM-ə nisbətinin azlığına görə ilk sıralarda…

2019.10.02 14:17 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrinin dövlət xarici borcunun ÜDM-ə nisbətinin azlığına görə ilk onluğunu dərc edib. Açıqlamada bildirilir ki, bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcunun (8,9 milyard ABŞ dollarından bir qədər çox) ümumi daxili məhsula nisbəti 17,6 faiz təşkil edib. Məlumatda həmçinin qeyd olunur ki, bu göstəricinin azlığına görə ölkəmiz dünyada 9-cu yerdədir.

İlk onluğa Honkonq liderlik edir. Siyahıda növbəti yerlərdə Bruney (2,6 faiz), Əfqanıstan (6,9 faiz), Estoniya (7,6 faiz), Botsvana (12,8 faiz), Rusiya (13,8 faiz), Konqo (14 faiz), Solomon adaları (14,6 faiz) və Azərbaycandan sonra 10-cu yerdə Küveyt (17,8 faiz) qərarlaşıb.