Əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır

2019.10.02 13:42 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş informasiya sistemində yaradılan əlilliyi olan şəxslərin elektron informasiya bazasına bu kateqoriyadan olan vətəndaşlar barədə zəruri məlumatlar daxil ediləcək. Bundan öncə isə əlilliyi olan şəxslərin sosial müdafiəsinin təmin edilməsi və işlə təmin olunmasını tənzimləmək məqsədilə bir sıra sənədlər qəbul edilib.

Əmək qanunvericiliyinə əsasən, iş yerlərində sosial müdafiəyə ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər üçün kvotalar ayrılmalıdır. Bu məsələlər "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası" (2005-ci il) və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı" ilə tənzimlənir.