Qırğızıstan "Doing Businnes" hesabatında ən islahatçı 20 ölkə siyahısına daxil edilib

2019.10.02 12:35 (UTC+04:00)

Dünyan Bankının "Doing Business-2020" hesabatını hazırlayan ekspertlər Qırğızıstanı ən islahatçı 20 ölkə siyahısına daxil ediblər. Bu siyahıda Qırğzıstandan başqa, Azərbaycan, Banqladeş, Bəhreyn, Cibuti, Hindistan, İordaniya, Qətər, Keniya, Çin, Kosovo, Küveyt, Myanma, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Toqolez Respublikası, Özbəkistan və Zimbabve də var. Qırğızıstan siyahıya elektrik enerjisinin istehsalı, kreditləşdirmə və vergilərin ödənilməsi sahəsində apardığı uğurlu islahatlara görə salınıb. Dünya Bankının mütəxəssisləri hesabatda vergilərin ödənilməsi sisteminin sadələşdirilməsini xüsusi vurğulayıblar.