Paytaxtımızda yeni sosial layihələrin icrası davamlı xarakter daşıyır

2019.10.01 19:10 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov parkda görülən işlər barədə məlumat verib. Bildirilib ki, parkda yenidənqurma işlərinə cari ilin may ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qurğuları quraşdırılıb. Burada, həmçinin, konsert meydançası da var.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada dincələn sakinlərlə görüşüb söhbət ediblər. Həmin gün Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısının tapşırığı ilə salınmış yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir neçə ünvan əlavə olunub. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev paytaxtdakı binaların dam örtüklərinin təmiri və həyətlərin abadlaşdırılması barədə müvafiq tapşırıqlarını verib.