Azərbaycanlı əmanətçilərin İsveçrə banklarındakı hesabları açıqlanacaq

2019.10.01 16:26 (UTC+04:00)

İsveçrə bankları, Azərbaycan da daxil olmaqla, 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq ölkələrin hökumətlərinə təqdim edəcək. Bu barədə "Swissinfo" xəbər saytı məlumat yayıb. İsveçrənin maliyyə naziri Uli Maurer bildirib ki, İsveçrə korrupsiyaya, çirkli pulların yuyulmasına, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yeni standartlarını tətbiq etməyə boyun olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir: "Əks təqdirdə, ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək".

Qeyd edək ki, İsveçrə banklarındakı əcnəbilərin hesabları barədə məlumatların 2020-ci ilin yanvar ayından başlayaraq toplanması nəzərdə tutulub. 2021-ci ilin əvvəlindən isə aidiyyəti ölkələrin hökumətlərinə göndəriləcək.