Qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti hərracın vaxtı açıqlandı

2019.10.02 11:09 (UTC+04:00)

Oktyabrın 4-də Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 30 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 168 gündür. Notlar 2020-ci il martın 23-də ödəniləcək. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilərlər.