Azərbaycanda özəl sektoru dəstəkləmək üçün yeni layihə

2019.10.01 12:56 (UTC+04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda özəl sektora dəstək üzrə yeni - "Private Sector Activity" (PSA) layihəsinin icrasına başlayır. Müddəti 5 il, dəyəri isə 15 milyon ABŞ dolları olan layihənin icrasına yaxın vaxtlarda start veriləcək.

Layihə çərçivəsində 30 min fermerin kənd təsərrüfatı və biznesin yeni üsullarından istifadə etməsi, kənd təsərrüfatı məhsullarının Avropa, Yaxın Şərq və Asiya bazarlarına ixracının artırılması və bununla da onların satışlarının artmasına kömək göstərilməsi nəzərdə tutulur. Layihənin icra olunması özəl sektorun nümayəndələrinə biznes kreditlərinin ayrılmasına da imkan verəcək. Bundan əlavə, ölkəmizlə ABŞ arasında işgüzar əlaqələrin qurulmasına kömək etmək, habelə istehsal, emal və idarəetmənin müasir texnologiyalarının tətbiqini stimullaşdırmaq üçün treninqlər, fərdi biznes məsləhətləşmələri, beynəlxalq səfərlər və forumlar təşkil olunacaq.