Bu gündən pensiyalar artırılır

2019.10.01 10:18 (UTC+04:00)

Oktyabrın 1-dən Azərbaycanda "Əmək pensiyaları haqqında" Qanuna edilmiş son dəyişikliklər qüvvəyə minir. Dəyişikliyə əsasən, ölkədə minimum pensiyanın məbləği 40 manat artırılıb. Sənəddə göstərilir ki, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub. Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.