Son bir ayda kredit qoyuluşlarının həcmində artım qeydə alınıb

2019.09.30 18:52 (UTC+04:00)

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13.526,4 milyon manat təşkil edib. Mərkəzi Bankın yaydığı məlumata görə, bu göstərici son bir ayda 184,1 milyon ABŞ dolları və ya 1,4 faizə yaxın artıb. Cari ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 898,1 milyon manat və ya 7,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1.620,9 milyon manat və ya 13,6 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı, əsasən, istehlak kreditlərinin çoxalması hesabına baş verib.