Əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

2019.09.30 18:16 (UTC+04:00)

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi müəyyən edilib. Məlum olub ki, 2019-cu ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi; "Socar Polymer" MMC; "MKT İstehsalat Kommersiya" MMC; "Nine Climate" MMC; "Global Export Fruits" MMC; "Baku Steel Company"; "Sun Food" MMC; "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC; "Caspian enerji-2020" MMC; "P-Aqro" MMC.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir.